Mərhum kinorejissor, "Şöhrət" ordenli Rasim Ocaqov adına fərdi təqaüd təsis olunub. Mərhum kinorejissor, "Şöhrət" ordenli Rasim Ocaqov adına fərdi təqaüd təsis olunub.

Rasim Ocaqov adına təqaüd təsis olunub

Mərhum kinorejissor, "Şöhrət" ordenli Rasim Ocaqov adına fərdi təqaüd təsis olunub.

Bu barədə AzNews.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova deyib.

Onun sözlərinə görə, bu mükafat yaxşı oxuyan tələbələr üçün nəzərdə tutulub: “Təqaüd ilk olaraq Xalq artisti Eldar Quliyevin tələbəsi Masər Həsənova verildi. O, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisasının 3-cü kurs tələbəsidir.”

Qyed edək ki, Masər Həsənov birinci qrup əlildir.

Şəfiqə Məmmədova gələcəkdə də fərqlənən tələbələrə fərdi təqaüdlərin veriləcəyini bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az