Bu günlərdə Bakı Uşaq teatrı səfərdən qayıdıb. Bu günlərdə Bakı Uşaq teatrı səfərdən qayıdıb.

Bakı Uşaq Teatrı səfərdən qayıdıb

Bu günlərdə Bakı Uşaq teatrı səfərdən qayıdıb.

AzNews.az xəbər verir ki, teatr Çin Xalq Respublikasının Yinchuan şəhərində keçirilən 15-ci Çin Teatr Festivalı çərçivəsində Beynəlxalq Teatr İnstitutunun Ənənəvi Səhnə Sənətləri Forumunda iştirak edib.

Forumda sözü gedən teatrın direktoru-bədii rəhbəri İntiqam Soltan və ssenarist Arzu Soltan iştirak edib. Tədbir ərəfəsində Beynəlxalq Teatr İnstitutunun Ənənəvi Səhnə Sənətləri Forumunun İdarə Heyəti yaradılıb. İntiqam Soltan həmin İdarə Heyətinin üzvü seçilib.

Festival çərçivəsində iştirakçılarl keçirilən müxtəlif teatr tamaşaları, sərgilər təqdim edilib. Qonaqlar həm də Yinchuan şəhərinin görməli yerlərini, tarixi abidələri, muzeyləri ziyarət ediblər.

Bahar Rüstəmli

AzNews.az