Bakı Uşaq Teatrı ilə Türkiyənin EKsanat Teatrının birgə hazırladığı “Türk xalqlarının teatrı” layihəsi davam edir Bakı Uşaq Teatrı ilə Türkiyənin EKsanat Teatrının birgə hazırladığı “Türk xalqlarının teatrı” layihəsi davam edir

“Sıravi Dursun” tamaşası Türkiyənin 30 bölgəsində

Bakı Uşaq Teatrı ilə Türkiyənin EKsanat Teatrının birgə hazırladığı “Türk xalqlarının teatrı” layihəsi davam edir




Layihə çərçivəsində İntiqam Soltanın quruluş verdiyi "Sıravi Dursun" tamaşası Türkiyənin 30 bölgəsində nümayiş olunacaq.
Teatrdan bildirilən məlumata görə, tamaşaların nümayişi Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən planlaşdırılıb. Həmin plana əsasən kollektiv aprel ayında Trabzon, Ordu, Samsun, Bulancak, Giresun, may ayında Çorum, Mecitözü, Ankara, iyun ayında isə Samsun, Ayancık, Boyabat, Sinop, Gerze və başqa şəhər və qəsəbələrdə yerləşən teatr və mədəniyyət evlərində çıxış edəcək.

Bahar Rüstəmli
AzNews.az