- Köhnə - Mədəniyyət
- 7 May 2018 09:46
- 7 685
Hülya Avşarın filmi uğursuz alındı

Hülya Avşarın rejissorluğunu etdiyi avtobioqrafik film olan "Selfi" gözlənilən uğuru qazanmayıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 27-də 80 kinoteatrda göstərilməyə başlayan filmi ilk 3 gündə cəmi 1300 nəfər izləyib. Buna görə əksər kinoteatrlarda bu filmin nümayişi dayandırılıb.
Qeyd edək ki, Hülya Avşar bu filmə 150 min lirədən çox xərc çəkmişdi.