Aysel Məmmədova “Avroviziya” müsabiqəsində finala keçə bilməməsi ilə bağlı fikirlərini bölüşüb. Aysel Məmmədova “Avroviziya” müsabiqəsində finala keçə bilməməsi ilə bağlı fikirlərini bölüşüb.

"Vəziyyətin gedişinə təsir göstərmək üçün gücüm yox idi" - Aysel Məmmədova (Video)

Aysel Məmmədova “Avroviziya” müsabiqəsində finala keçə bilməməsi ilə bağlı fikirlərini bölüşüb.

AzNews.az Publika.az-a istinadən xəbər verir ki, 28 yaşlı sənətçi ona dəstək olan hər kəsə təşəkkür edib:

“Xoş sözlərinizə görə çox təşəkkür edirəm. Bu, sizin kimi bizə də böyük sürpriz oldu. Çünki neçə aydır ki, bütün ruhumuzu və gücümüzü bu işə qoymuşduq... Təəssüflər olsun ki, “Avroviziya” alqoritmi haqqında əvvəlcədən nə isə söyləmək çətindir. İlk gündən bizimlə olan, bizi izləyən, bizə dəstək olan və bu layihədə ən kiçik əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Heç nəyə baxmayaraq, müsabiqədən misilsiz təcrübə, böyük emosiya və çox müsbət təəssüratlar topladım. Çoxlu istedadlı musiqiçilər və yaxşı insanlarla tanış oldum, onlarla maraqlı anlar yaşadım.

Musiqiçi kimi mənim üçün əsas və başlıca məqsəd ondan ibarət idi ki, ölkəmi layiqincə təmsil edim və mən bunu 100% bacardım. Biz bunu etdik, amma vəziyyətin gedişinə təsir göstərmək üçün gücüm yox idi.

Yekun olaraq, lakin heç də az önəmli olmayan detalı vurğulamaq istəyirəm ki, hər şey daha yaxşı nəticə naminə baş verir. Tezliklə görüşənədək".

Xatırladaq ki, dünən Portuqaliyanın paytaxtı Lissabonda “Avroviziya ” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub. Azərbaycan müsabiqədə iştirak etməyə başladığı 2008-ci ildən bu yana ilk dəfə olaraq final mərhələsinə vəsiqə qazana bilməyib.

Çıxışı sizə təqdim edirik: