- Köhnə - Mədəniyyət
- 12 May 2018 17:15
- 6 300
Türkiyəli məşhur 6-cı dəfə evlənmək istəyir
Türkiyəli aparıcı Mehmet Ali Erbil 6-cı dəfə evlənmək istədiyini bildirib.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 61 yaşlı aparıcı yalnızlıqdan sıxıldığını deyib:
“Yenidən evlənmək istəyirəm. Allah o günləri qismət etsin”.
Məlumat üçün bildirək ki, Mehmet Ali Erbil daha öncə 5 dəfə evlilik yaşayıb. Onun bu evliliklərdən 2 qızı və 1 oğlu var.
İlk evliliyi 1980-1982-ci illərdə Şahnaz Kamiloğlu ilə olub. Boşandıqları il Sezin adlı qızı dünyaya gəlib.
1985-ci ildə Şahnaz Kamiloğlu ilə yenidən evlənsə də, bir neçə ay sonra boşanıb.
1989-1996-cı illərdə model Nərgiz Kumbasarla evlilik yaşayıb. Bu evlilikdən 1995-ci ildə Yasmin adlı qızı olub.
4-cü evlilik 2001-ci ildə Sədəf Altuntaşla baş tutub. Lakin, 2003-cü ildə ondan da ayrılıb.Sonuncu evliliyi isə 2005-ci ildə Tuba Coşkunla edib, 2006-cı ildə Əli Sədi adında oğlu dünyaya gəlib. Evlilik 2011-ci ildə başa çatıb.
AzNews.az