Gənclər üçün Təhsil Mərkəzi (GTM) ilk dəfə olaraq, “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının keçirilməsi üçün hazırlıq işlərinə başlayıb. Gənclər üçün Təhsil Mərkəzi (GTM) ilk dəfə olaraq, “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının keçirilməsi üçün hazırlıq işlərinə başlayıb.

“Xarı bülbül” gənclərin yaradıcılıq festivalları başlayır

Gənclər üçün Təhsil Mərkəzi (GTM) ilk dəfə olaraq, “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının keçirilməsi üçün hazırlıq işlərinə başlayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində keçiriləcək festivalların əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır.

AzNews.az xəbər verir ki, hazırda Bakı və Mingəçevir şəhərlərində festivalların keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulur. Festivalın iştirakçısı olmaq istəyən gənclər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçirə bilərlər. Yaxın günlərdə dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdiriləcək, o cümlədən yaradıcılıq təlimlərinə başlanılacaq.

Mərkəzdən verilən məlumata görə, bu layihə çərçivəsində gənclər üçün yaradıcılığın müxtəlif sahələrində (teatr, rəssamlıq, musiqi, kino, ədəbiyyat və s.) master klassların və təlimlərin təşkili, istedadlı gənclərin yaradıcılıq imkanlarının təqdim olunması üçün festival, sərgi, konsert və digər sosial tədbirlərin keçirilməsi planlaşdırılır. Belə ki, layihə müddətində qeyd olunan şəhərlərdə davamlı olaraq, istedadlı gənclərin tapılıb, qurulmuş yaradıcılıq dərnəyinə cəlb olunması işləri aparılacaq. Dərnəklər imkan verəcəkdir ki, qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənc burada öz bacarıqlarını inkişaf etdirsin, özünü cəmiyyətə tanıtsın və inkişaf etmiş yaradıcı insana çevrilsin. Bununla yanaşı yaradıcı gənclərə onların şəxsi inkişafı və təşəbbüskarlığının artırılması üçün müxtəlif oyunlar və müsabiqələr təşkil olunacaq.

Dərnəkdə hazırlaşdırılan yaradıcı gənclərin keçiriləcək festivallar vasitəsilə öz istedadlarını nümayiş etdirmələri üçün şərait yaradılacaq. Festivalları izləmək üçün müvafiq sahə üzrə ekspertlər və dövlət qurumları da dəvət ediləcək ki, həmin gənclərdən ən layiqlilərinin gələcək yaradıcılığını davam etdirməsinə kömək etsinlər.

Qeyd edək ki, Mərkəz tərəfindən hər il keçiriləcək “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.

AzNews.az