Nizami, Nəsimi və Füzuli irsi - Qazaxıstanda

Qazaxıstanda "Nizami, Nəsimi və Füzuli- Azərbaycanın böyük fəlsəfi fikir şairləri" adlı elmi kitab işıq üzü görüb.

Kitabın müəllifləri Qazaxıstan Azərbaycanlıları Milli Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti, Qazaxıstan Xalq Assambleyasın İdarə heyətinin üzvü Vidadi Salahov və fəlsəfə elmləri doktoru Kalimaş Beqlinovadır. Kitaba rəy Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru Kamal Abdulla, Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki, fəlsəfə doktoru Nur Əhməd və fəlsəfə elmləri doktoru, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kazbek Kasgenov tərəfindən yazılıb. Kitabda müəlliflər Azərbaycan fəlsəfə fikrinin korifeyləri Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin XII-XVI əsrlərdə dünya fəlsəfəsinə, insanlığa verdikləri töhfələrdən bəhs edirlər. Dörd fəsildən ibarət olan kitabda "Azərbaycanın tarixi keçmişi", "Nizami Gəncəvi yaradıcılığında mədəni inkişafın və ülvi hisslərin vəhdəti", "Seyid İmadəddin Nəsimi Azərbaycanda Hürufiliyin yayıcısı", "Məhəmməd Füzuli Azərbaycan xalqının daxili mədəniyyətinin nümayandəsi" adlı hissələrlə oxuculara təqdim olunur. Kitab geniş oxucu kütləsi üçün, həmçinin elmi araşdırmaçılar, aspirant və tələbələr üçün nəzərdə tutulub. Kitabın səciyyələndirən maraqlı cəhətlərdən biri də odur ki, əsas müəllifi azərbaycanlı olan Vidadi Salahovun bu əməyi həm də eyni zamanda rus və ingilis və qazax dillərində də ayrıca kitab kimi çap olunub.

Arzu