Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Gənclər üçün Təhsil Mərkəzinin üzvləri Gürcüstanın Bakuriani şəhərində keçirilən "Gənclər işində etika" adlı beynəlxalq tədbirdə ölkəmizi təmsil edir.

Mərkəzdən verilən məlumata görə, müxtəlif ölkələrdən 30 nəfər gəncin iştirak etdiyi tədbirdə gənclərin etik davranışları, tolerantlıq çağırışları və digər mövzulara toxunulub.

Tədbir çərçivəsində Gürcüstanın bir neçə nüfuzlu gənclər təşkilatları ilə görüşlər keçirilib, ölkəmizin tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi təcrübə və qazanılmış uğurlar barədə məlumat verilib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Qızılgül Teyyubovanın sözlərinə görə, bu ilin dekabr ayının 1-dən 7-dək Gənclər üçün Təhsil Mərkəzi müxtəlif ölkələrdən olan 30 fəal gəncin iştirakı ilə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqa həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edəcək.

Elnur
AzNews.az