Mərhum sənətkar, Azərbaycanın kino və teatr aktyoru Bəşir Səfəroğlunun 90 illik yubileyi keçiriləcək. Mərhum sənətkar, Azərbaycanın kino və teatr aktyoru Bəşir Səfəroğlunun 90 illik yubileyi keçiriləcək.

“Çoxlu yeniliklər olacaq” – Afaq Bəşirqızı

Mərhum sənətkar, Azərbaycanın kino və teatr aktyoru Bəşir Səfəroğlunun 90 illik yubileyi keçiriləcək.

Bu barədə AzNews.az-a xalq artisti Afaq Bəşirqızı məlumat verib.

O, bildirib ki, 2015-ci ildə sənətkarın yubileyi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub: ""Bəşir" Teatrının çoxlu yenilikləri olacaq. Həmin tamaşalar 2015-ci ildən sonra teatrsevərlərin ixtiyarına veriləcək. Bundan başqa teatrın yubiley ərəfəsində səfərləri də gözlənilir."

A.Bəşirqızı Musiqili Teatrdakı yeniliklərindən də danişdı: "Mənim tamaşaçılarım uzun zamandı həsrətdədir. Xəstəliyimlə əlaqədar xeyli müddət səhnəyə çıxa bilməmişdim. Hazırda teatrda "Toya bir gün qalmış" komediyası üzərində məşq gedir. Tamaşa noyabrın birinci 10 günlüyündə teatrsevərlərin ixtiyarında olacaq".

Bahar RÜSTƏMLİ
AzNews.az