- Köhnə - Mədəniyyət
- 3 Oktyabr 2012 08:59
- 3 157
Yeni teleserial efirə hazırlanır
Qeyd edək ki, serial bir sıra yeniliklərə də imza atıb. Belə ki, ilk dəfə olaraq Azərbaycanda çəkilən bir teleserialın internet portalı(www.mahkumlar.az) fəaliyyətə başlayıb.
Həmçinin, ilk dəfədir ki, serialın tanıtım filmi serialın bölüm fraqmanlardan istifadə edilmədən hazırlanıb. Bununla yanaşı, ilk dəfə Azərbaycanda yeni obraz yaratmaq məqsədi ilə teleserialın əsas qəhrəmanı Adil obrazının ifaçısı İlkin İbayev xüsusi olaraq Avstriyadan ölkəmizə dəvət olunub.
Teleserialın rejissoru və baş prodüseri Yaşar Əhmədov, ssenari müəllifi isə Vüsal Nurudur. Xatırladaq ki, serial oktyabrın 4-də saat 19:30 da ATV telekanalının efirində olacaq.
Sevinc
AzNews.az