Mingəçevir Dövlət Dram Teatrı I Avropa Oyunlarına hazırlaşır. Mingəçevir Dövlət Dram Teatrı I Avropa Oyunlarına hazırlaşır.

Mingəçevir Dram Teatrından turistlərə - Sürpriz

Mingəçevir Dövlət Dram Teatrı I Avropa Oyunlarına hazırlaşır.

Bunu AzNews.az-a teatrın direktor müavini Vüsal Məmmədov bildirib.

Onun sözlərinə görə, teatr I Avropa Oyunları ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdılımış qaydada repertuar proqramına dəyişiklik edib.

"Mingəçevir turistlərin daha çox üz tutduğu şəhərlərdən biridir. Xarici turistlərin asudə vaxtının daha səmərəli təşkili üçün teatr Üzeyir Hacibəylinin "Ər və Arvad" tamaşasını səhnə üçün hazırlayıb. Bundan əlavə, həmçinin bir neçə xarici yazarların əsərlərini tamaşaya qoyub. Bu tamaşalar Avropa Oyunları ərəfəsində tamaşaçılara təqdim olunacaq", - deyə Vüsal Məmmədov vurğulayıb.

V.Məmmədov əlavə edib ki, turistləri həmin tamaşalara daha çox cəlb etmək üçün bir neçə tamaşalarda sinxronlaşdırılmış tərcümə nəzərdə tutulub.

Bahar RÜSTƏMLI
AzNews.az