Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı 18 sentyabr Milli Musiqi Günü ilə bağlı respublikanın ən böyük tədbiri Heydər Əliyev Sarayında baş tutacaq. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı 18 sentyabr Milli Musiqi Günü ilə bağlı respublikanın ən böyük tədbiri Heydər Əliyev Sarayında baş tutacaq.

Musiqi Akademiyasının qarşısında böyük izdiham var

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı 18 sentyabr Milli Musiqi Günü ilə bağlı respublikanın ən böyük tədbiri Heydər Əliyev Sarayında baş tutacaq.



Bu barədə AzNews.az-a məlumat verən Üzeyir Hacıbəyli adına Ev Muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovun sözlərinə görə, musiqi günü ilə əlaqədar bayram tədbiri Fəxri Xiyabandan başlayıb: "Üzeyir Hacıbəylinin məzarı ziyarət olundu. Bütün musiqisevərlər, musiqişünaslar anım mərasimində idi. Hazırda tədbir Musiqi Akademiyasının qarşısında davam etdirilir. Burada da böyük izdiham var. Saat 2-də isə bayram tədbiri muzeydə olacaq. Orada da dəvətli qonaqlarımız olacaq".

S.Fərəcov qeyd edib ki, bayramın ən böyük tədbiri Heydər Əliyev Sarayında keçiriləcək: "Tədbirdə böyük və rəngarəng repertuar təqdim olunacaq. Üzeyir bəyin əsərləri səslənəcək. Bundan başqa isə "Leyli və Məcnun" və digər tamaşalardan parçalar oynanılacaq".

Bəstəkar bayram günü münasibəti ilə bütün musiqisevərləri təbrik etməyi də unutmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az