Akademik Tofiq Hacıyev Ankarada - Fotolar

Ankaranın məşhur Hacəttəpə universitetində “Beynəlxalq Dədə Qorqud konfransı” işə başlayıb.
AzNews.az xəbər verir ki, konfransın günortadan sonrakı iclası görkəmli Azərbaycan dilçisi, türkoloq-alim, AMEA-nın Nəsimi adına Dilçilik institutunun direktoru, akademik Tofiq Hacıyevin çıxışı ilə yadda qalıb. O, "Dədə Qorqud yazılı abidəsində üslub özəlliyi" mövzusundakı məruzəsində oğuz-türk xalqlarının müştərək dil sərvəti haqqında danışıb, yeni araşdırmaları ilə bağlı məlumat verib.

Konfransın koordinatoru F.Gülay Mirzaoğlunun AzNews.az-a verdiyi məlumata görə, bu səviyyədə keçirilən elmi konfranslarda Azərbaycan alimlərinin çıxışları həmişə diqqət mərkəzində olur: "Bu dəfə də görkəmli qorqudşünas alim kimi tanıdığımız Tofiq bəy yeni tədqiqatları ilə konfrans iştirakçılarını təəccübləndirə bildi".

Xatırladaq ki, ənənəvi olaraq keçirilən "Beynəlxalq Dədə Qorqud konfransı"nda Azərbaycan, Orta Asiya, Rusiya Və Avropa ölkələrindən gəlmiş alimlər iştirak edirlər.