Abdulla Şaiq anılacaq

Abdulla Şaiqin Mənzil Muzeyində barelyefli xatirə lövhəsinin açılışı və 130 illiyinə həsr olunmuş "Əgər Şaiq olmasaydı" kitabının təqdimat mərasimi keçiriləcək.

Oktyabrın 1-də baş tutacaq tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Abdulla Şaiq yaradıcılığını tədqiq edən alimlər və muzey əməkdaşları iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Abdulla Şaiqi bir daha yad etmək və respublikamızın ədəbi-elmi ictimaiyyətini yazıçının zəngin irsinə dair yeni araşdırmalarla tanış etməkdən ibarətdir.

Bahar Rüstəmli
AzNews.az