Xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın 80 illik yubileyi keçiriləcək. Xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın 80 illik yubileyi keçiriləcək.

Səyavuş Aslan – 80...

Xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın 80 illik yubileyi keçiriləcək.


Teatrdan AzNews.az-a verilən məlumata görə, tədbir noyabrın 25-də Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə teatrın baş rejissoru-bədii rəhbəri Azərpaşa Nemət, xalq artistləri Hacı İsmayılov, Bəsti Cəfərova, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S.Aslanın kino və teatr fəaliyyətindən söhbət açacaq. Yubileydə S.Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunacaq.

Yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, S. Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb. 1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.