Bundan əlavə, Rusiyaya 700 milyon dollar investisiya qoyulacaq Bundan əlavə, Rusiyaya 700 milyon dollar investisiya qoyulacaq

Moskvadakı “aktyor qalereyası”nın binasını Azərbaycan alır

Bundan əlavə, Rusiyaya 700 milyon dollar investisiya qoyulacaq



Rusiyanın paytaxtı Moskva şəhərinin Tversk küçəsində yerləşən "Aktyorlar" qalereyasının yerləşdiyi bina Azərbaycanın mülkiyyətinə keçə bilər. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, binanın alınmasında Azərbaycan Respublikası Dövlət Neft Fondu maraqlıdır.

Bununla belə, Dövlət Neft Fondunun İnvestisiya departamentinin əməkdaşı Ruslan Ələkbərov binanın alınması ilə bağlı yekun qərarın verilmədiyini deyib. O, əlavə edib ki, hazırda Fond Rusiyada daşınmaz əmlakların qiyməti ilə maraqlanır.

Ələkbərov Fondun Rusiyaya 700 milyon dollar investisiya qoyacağını da bildirib. O, dövlət istiqrazlarının və böyük kompaniyaların səhmlərinin alınacağını deyib.

Sadiq Musa
AzNews.az