Mübahisədə elə həmin pulu bölüşdürmək üstündə düşüb... Mübahisədə elə həmin pulu bölüşdürmək üstündə düşüb...

Türkiyə vətəndaşını pula görə bıçaqlayan şəxsin məhkəmə işi

Mübahisədə elə həmin pulu bölüşdürmək üstündə düşüb...

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclası yanvarın 11-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bül-Bül prospektində yerləşən restoranda azərbaycanlı dostu E.Əliyevə qonaqlıq verdikdən onunla sonra mübahisə edib.

Nəticədə A.Mazlum dostu tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan E.Əliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, zərərçəkmiş mərc oyununda ("Topaz") xeyli miqdarda pul qazanıb. Buna görə də, dostuna restoranda qonaqlıq verib. Mübahisədə elə həmin pulu bölüşdürmək üstündə düşüb.

Azər
AzNews.az