Güllələnən transseksual öldü - daha 2 nəfər yaralandı

Hadisə Türkiyənin İzmir şəhərində qeydə alınıb.

Türkiyənin İzmir şəhərində bir binada çıxan mübahisə nəticəsində transseksual öldürülüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, binada çıxan mübahisə nəticəsində növbədə olmayan polis A.D tərəfindən vurulduğu bildilirən transseksual Burak Batmaz həyatını itirib, biri transseksual olmaqla iki nəfər də yarlanıb.

Hadisə bu gün saat 06:30 radələrində 4 mərtəbəli binanın ikinci mərtəbəsində meydana gəlib. İddiaya görə Hande Şeker ləqəbini istifadə edən transseksual Burak Batmaz ilə münasibətdə olmaq istəsən A.T.K arasında mübahisə başlayıb.

Hadisə zamanı çöldə olan polis A.D transların dostu olduğu deyilən A.T.K-a hücum etdiyini zənn edərək silahını çəkərək atəş açıb. Hadisədə Burak Batmaz ilə evdə olan transseksual dostu A.Yunus və A.T.K yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib. Burak Batmazın hadisə yerində keçindiyi məlum olub. İki yaralı xəstəxanaya aparılıb. A.D isə polis bölməsinə aparılıb.

Nigar CƏFƏR

AzNews.az

image description