Xəzinə axtaranlar özlərini partlatdı

Hadisə Konya şəhərində qeydə alınıb.

Türkiyədə 34 yaşlı Ahmet Eskici və 28 yaşlı Uğur Toğaç xəzinə axtararkən qayaları parçalamaq istəyib. Nəticədə partlatdıqları bomba onları yaralayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Konya şəhərində qeydə alınıb.

Məlumata görə, Eskici və Togaç xəstəxanaya aparılıb. Onlarla birgə olan 38 yaşlı C.Hüseyin isə polis tərəfindən saxlanılıb.

Nigar CƏFƏR

AzNews.az