Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyduğu bildirilir... Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyduğu bildirilir...

İnsan alverində təqsirli bilinən Türkiyə vətəndaşı Bakıda yaxalandı

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyduğu bildirilir...

Nərimanov rayon Məhkəməsində Türkiyə vətəndaşı olan Tavukçu Gökhan İbrahim oğlunun məhkəmə prosesi keçirilib. AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 144-1.2.5, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.1-ci maddələri ilə təqsirli bilinən şəxs barəsində hakim Vüqar Quliyevin sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.

Belə ki, Tavukçu Gökhan İbrahim oğlu DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, qadınları Türkiyəyə apararaq cinsi sitismara məruz qoymaqda təqsirli bilinib.

Azər
AzNews.az