Onları ömürlük həbs cəzası gözləyir. Onları ömürlük həbs cəzası gözləyir.

Keçmiş məhkum oğlu ilə polisi öldürdü - ətini yedilər

Onları ömürlük həbs cəzası gözləyir.

Ukraynalı keçmiş məhkum öz oğlu ilə birgə polisin ətini yeyiblər. Şokedici insident Xarkov şəhərində qeydə alınıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Xarkov vilayət prokurorluğunun mətbuat xidməti yayıb.

Məlumata görə, ata və oğul polislə küçədə tanış olublar və onu axşam yeməyi üçün evə dəvət ediblər.

İçki zamanı naməlum şəxs bir vaxtlar polisdə çalışdığını deyib. Keçmiş məhkum isə onun bu sözlərindən qorxuya düşüb və 20 yaşlı oğlu ilə birgə polisi öldürüb.

Onun bədənini hissələrə böldükdən sonra ətindən yemək hazırlayıblar. Həmin yeməkdən küçədə yaşayan evsiz adamı da qonaq ediblər.

Meyiti isə bir neçə gün evdə saxlayıblar. Məhkumun atası bağ evindən gəldikdən sonra hadisədən xəbərdar olub və meyitin qalıqlarını qonşu evin zirzəmisində gizləməyi məsləhət görüb.

Axtarış zamanı ölən şəxsin başı balkondan tapılıb.

Hazırda onları ömürlük həbs cəzası gözləyir.

Babək Göyüş

AzNews.az