"UAZ-69" markalı avtomobil dərəyə yuvarlanıb "UAZ-69" markalı avtomobil dərəyə yuvarlanıb

Sərxoş sürücü "UAZ"ı dərəyə aşırdı - Ölən var

"UAZ-69" markalı avtomobil dərəyə yuvarlanıb

İsmayıllıda ölümlə nəticələn ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vasiliy Kazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az-ın məlumatına görə, V. Kazanovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 4-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 5-də saat 18 radələrində İsmayıllı rayonunun İvanovka kəndində qeydə alınıb. Kənd sakini Vasiliy Kazakov idarə etdiyi "UAZ-69" markalı avtomobili dərəyə aşırıb. Nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. Ona Cinayət Məcəlləsinin 263-1.3-cü (ölümlə nəticələn ağır qəza törətmək, avtomobili sərxoş halda və yaxud nəqliyyta vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Azər
AzNews.az