Məlumat daxil olan kimi polislər hadisə yerinə yollanıb Məlumat daxil olan kimi polislər hadisə yerinə yollanıb

Qobustan qoruğunda odlu silah aşkar edildi

Məlumat daxil olan kimi polislər hadisə yerinə yollanıb

Qobustan qoruğunda tapança tapılıb.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə tədbir keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Qobustan Milli tarixi Bədii Qoruğunun ərazisindən sellofana bükülmüş 1 ədəd tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

AzNews.az