Gəncədə bıçaqlanma hadisəsi baş verib. Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gəncə sakini bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aprelin 6-da axşam saatlarında Gəncə şəhər sakini Elnur Hüseynovun qarın nahiyəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub.

Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan E.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, E.Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az