- Qanundan kənarda
- 10 Aprel 2019 15:20
- 2 313
Dörd oğru tutuldu

Dörd oğru saxlanılıb.
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B.Qəhrəmanova məxsus avtomobildən noutbuk, maqnitofon və bankomat kartı oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Səngəçal qəsəbə sakinləri olan 4 nəfər bundan əlavə, rayon ərazisindəki evlərin birindən məişət əşyaları və təmir-tikinti aləti oğurlamaqda da şübhəli bilinirlər.
AzNews.az