Astarada 80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb Astarada 80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb

80 yaşlı qadının pulunu oğurladı, tutuldu

Astarada 80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Seləkəran kənd sakini S. Ələsgərova Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra içərisində 187 manat pul və pensiya kartı olan pulqabının oğurlandığını bildirib. Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulqabını oğurlayan şəxsin rayonun Ərçivan qəsəbəsinin sakini Fariz Baxşıyev olduğu müəyyən edilib və o, saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, F. Baxşıyev S. Ələsgərovanın təqaüdünü bankomatdan aldığını görərək onu izləyib və qadının marşrut avtobusunu gözləyərkən oturduğu skamyanın üzərinə qoyduğu pulqabısını oradan oğurlayıb.

Hazırda F. Baxşıyevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır.

AzNews.az