Məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib Məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib

Gənc məmurun ölümü ilə bağlı - Rəsmi açıqlama

Məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib

Nərimanov rayon Prokurorluğu Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdirinin intiharı ilə bağlı məlumat yayıb.

Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirə salınmaz istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az