Faktla bağlı araşdırmalar davam etdirilir Faktla bağlı araşdırmalar davam etdirilir

COVID-19 xəstələri olan Şəmkir sakinlərinə cinayət işi açılıb

Faktla bağlı araşdırmalar davam etdirilir

Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri - Xanım Aslanlı, Bulqeys İbrahimova, Asiman Süleymanov və Seymur Əmiraslanov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Həmin şəxslər barəsində RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.