- Qanundan kənarda
- 2 Fevral 2021 13:31
- 5 222
Bakıda evdən 5 min manatlıq oğurluq edilib

DİN məlumat yaydı
Bakıda evdə oğurluq hadisəsi baş verib.
Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 22-də rayon ərazisindəki evlərin birindən 4 850 manat dəyərində məişət əşyaları, su mühərriki və avtomobil akkumulyatoru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Qədəşov saxlanılıb.