- Qanundan kənarda
- 25 İyun 2021 16:36
- 7 269
Goranboyda kişi qohumunu güllələdi
Hadisə bu gün rayonun Nizami kəndində baş verib
Goranboy rayonunda 58 yaşlı kişi güllələnib.
AzNews.az xəbər verir ki, hadisə bu gün rayonun Nizami kəndində baş verib.
Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Məharət Fərman oğlunu qohumu tüfənglə güllələyib. Bir güllə yarası alan M.İbrahimov xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Araşdırma aparılır.