Ukraynalı qadın azərbaycanlı sevgilisini bıçaqlayıb

Onun vəziyyəti orta ağırdır

Ukraynanın Kiyev vilayətinin Vasilkovskıy qəsəbəsində yerli millətdən olan 41 yaşlı qadın vətəndaş nikahında olduğu azərbaycanlı ərini bıçaqlayıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu 38 yaşlı Ruslan Nadimovdur.
Onun hazırda vəziyyəti orta ağırdır. Hadisəni törədən qadın saxlanılıb.

O ilkin ifafədə mübahisənin ərinin ona başqa qadınlarla xəyanət etməsinə səbəb olan faktları ona göstərməsi, qarşı tərəfin isə sərt reaksiya verməsi ilə yarandığını bildirib.

Mübahisə cütlük atasında yaçadıqları evdə içki masası ətrafında baş verib. Qadına yerli Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə iş açılıb.