- Qanundan kənarda
- 10:59
- 862
Müxtəlif ərazilərdə qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Aznews.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 20 tüfəng, 6 patron darağı və 475 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.