- Qanundan kənarda
- 22 Avqust 10:23
- 5 636
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
Avqustun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 13 tüfəng, 2 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə AzNews.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.