Azərbaycan Rusiya minik avtomobillərinin idxalçıları arasında beşinci yerdədir. Azərbaycan Rusiya minik avtomobillərinin idxalçıları arasında beşinci yerdədir.

Azərbaycan Rusiya maşınlarının beşinci idxalçısıdır

Azərbaycan Rusiya minik avtomobillərinin idxalçıları arasında beşinci yerdədir.

“AVTOSTAT” analitiklərinin hesablamalarına görə, ötən ilin yanvar-noyabr aylarında Avrasiya İqtisadi Birliyi dövlətləri istisna olmaqla, Rusiyadan digər ölkələrə 26 min minik avtomobili ixrac olunub.

Reytinq cədvəlində ilk yeri Rusiya istehsalı olan 6,3 min avtomobil idxal edən Çexiya tutur. Sonrakı yerlərdə Ukrayna (3,8 min) və Özbəkistan (3,1 min) qərarlaşıblar. Lider üçlüyünün arxasından isə müvafiq olaraq 2,9 min və 2,4 min minik avtomobili idxal edən Latviya və Azərbaycan gəlirlər.

Serbiya, Estoniya, Slovakiya, İraq və Macarıstan da hesabat dövründə Rusiyadan ən çox minik avtomobili idxal edən ölkələr sırasına daxildirlər.(AZƏRTAC)

© AzNews.az