- Pullu iş
- 6 Mart 2019 22:58
- 1 498
Azərbaycanda qızıl ucuzlaşdı

Gümüşün qiymətində də ucuzlaşma müşahidə olunur.
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Martın 6-da qızılın qiyməti martın 5-i ilə müqayisədə 2,533 manat azalaraq 1 unsiya üçün 2188,648 manat təşkil edib.
Gümüş 0,0843 manat ucuzlaşaraq 1 unsiya üçün 25,6621 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 15,1555 manat azalaraq 1414,485 manat, palladiumun qiyməti isə 40,12 manat azalaraq 2567,34 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend)
AzNews.az