Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır

Azərbaycanda 213 milyon ədəd pul nişanı var - Elman Rüstəmov

Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır

"Hal hazırda Azərbaycanda dövriyyədə 213 milyon ədəd pul nişanı var"

AzNews.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov bu günkü mətbuat konfransında deyib.

Elman Rüstəmovun sözlərinə görə, bu əskinasların 45%-ni kiçik nominallı əskinaslar təşkil edir. Dövriyyədə çox işləndiyinə görə 1, 5 və 10 manatlıq əskinaslar dövriyyəyə buraxıldığı ilk il ərzində 80% köhnəlir.

Sədr qeyd edib ki, Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi ya yox, məsələsi araşdırılır".

Nigar CƏFƏR
AzNews.az