Bu barədə Energetika Nazirliyinin Mətbuat xidmətindən bildirilib Bu barədə Energetika Nazirliyinin Mətbuat xidmətindən bildirilib

Azərbaycan neft hasilatını azaldacaq

Bu barədə Energetika Nazirliyinin Mətbuat xidmətindən bildirilib

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi" qəbul edilib. Yeni OPEC+ sazişinə əsasən, Azərbaycan may-iyun aylarında neft hasilatını gündəlik 164 min barel azaltmaq barədə üzərinə öhdəlik götürüb.

Bu barədə AzNews.az-a Energetika Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaldacaq. Beləliklə, mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır", - məlumatda deyilir.