- Pullu iş
- 14 Sentyabr 2020 17:30
- 3 995
Azərbaycan bu il xalis maliyyə aktivlərini 800 milyon dollar artırıb
Azərbaycan Mərkəzi Bankının məlumatı
Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə aktivlərinin artımı 803,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,6% çoxdur.
AzNews.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xalis maliyyə aktivlərinin artımı xaricə yönəldilmiş birbaşa investisiyaların 519 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən 58,3% az), portfel investisiyalarının 49 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub) və digər investisiyaların 333,1 milyon ABŞ dolları artması (1 il bundan əvvəl azalma olub) hesabına baş verib.