- Pullu iş
- 09:33
- 1 202
Dünya bazarlarında neftin qiyməti 66 dolları ötüb

Dünya bazarlarında neft və enerji qiymətləri artıb.
Sentyabrın 8-də WTI markalı xam neft (Nymex) 0,72 dollar və ya 1,16% artaraq bir barel üçün 62,59 ABŞ dolları olub. Brent markalı neftin (ICE) qiyməti isə 0,78 dollar və ya 1,19% artaraq 66,28 dollara çatıb.
Təbii qazın (Nymex) qiyməti 0,07 dollar və ya 2,43% yüksələrək 3,12 ABŞ dolları/MMBtu olub. İstilik nefti (Heating Oil) isə 2,67 dollar və ya 1,17% artaraq 231,37 dollar/qlon səviyyəsinə qalxıb.
Ümumilikdə, enerji bazarlarında qiymətlərin yüksəlişi qlobal tələbin artması və təkliflə bağlı narahatlıqlarla əlaqələndirilir.
AzNews.az