- Pullu iş
- 12:02
- 1 399
Bank əmanətçilərinin depozit gəlirləri 45% artıb

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 827.5 milyon manat təşkil edib.
AzNews.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 45% və ya 257.1 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 570.4 milyon manat depozit faizi ödəyiblər.
Qeyd edək ki, cari il sentyabr ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.3% artaraq 36 milyard 517.8 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 3 milyard 237.7 milyon manat faiz gəliri əldə ediblər.