İrina Şeyk anası ilə fotosunu paylaşdı - Müzakirəyə səbəb oldu

İrina fotoya “rus analarının axşamı” şərhini yazıb.

Dünyaca məşhur rusiyalı model 33 yaşlı İrina Şeyk hazırda ABŞ-da 44 yaşlı Hollivud ulduzu Bredli Kuper və qızı Leya ilə yaşayır.

Çoxları bilmir ki, İrina modellik karyerasına Çelyabinskdə keçirilən “Supermodel – 2004” yarışmasında başlayıb. Həmin müsabiqədən sonra onu yerli modellik agentliyinə dəvət edirlər. 2005-ci ildə o, artıq Avropa və ABŞ-da işləməyə başlayıb.

AzNews.az xəbər verir ki, hazırda gərgin iş qrafikinə baxmayaraq, İrina vaxtının çoxunu ailəsi ilə keçirməyə çalışır.

Bu yaxınlarda isə anası Olqa Şeyxulislamova ilə paylaşdığı şəkil sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçiləri İrinanın bu gözəlliyinə görə anasına borclu olduğunu yazıblar.

İrina fotoya “rus analarının axşamı” şərhini yazıb. Həmçinin, fotoda Rusiyanın digər məşhur modeli Anna Vyalisnanı anası ilə birgə görmək olar.

Fəridə Abdulla

AzNews.az

image description image description