Fərdanın keçmiş həyat yoldaşı dilə gəldi: "Məni susdura bilməz!"

9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib

“Fərdanın üçüncü oğlu biz ailəli olarkən dünyaya gəlib”.

AzNews.az xəbər verir ki, bunu aktyor Fərda Xudaverdiyevin ilk həyat yoldaşı Günel Xudaverdiyeva deyib. O, ailəsinin dağılmasında Fərdanın ikinci həyat yoldaşını ittiham edib:

“Fərda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. 9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın, yəni Raulun anası ailəmdə dəfələrlə problem yaradıb. 9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib. O qadın dəfələrlə Fərdanın viski masasında olub. Sonda ailəmizin dağılmasında səbəb o və dünyaya gətirdiyi uşaqdır. O uşaq biz ailəli olarkən dünyaya gəlib. Boşanma prosesi noyabrda baş verib. Uşağın 1 yaşı isə martda olacaq. Bu zamana kimi kənardan izləyirdim. Amma dünənki paylaşımlar məni susdura bilməz. O uşaq mənim oğlanlarımın qardaşı deyil, ola da bilməz".

Qeyd edək ki, Fərda Xudaverdiyev ilk həyat yoldaşı Günel Xudaverdiyevadan ayrılıb. İkinci dəfə ailə həyatı quran aktyorun 6 ay əvvəl üçüncü oğlu doğulub. Aktyorun ötən gün sosial şəbəkədə övladlarının şəkilıni paylaşaraq "üç aslanım: Mətinim, Aminim, Raulum" yazması, uşaqların anası Günel Xudaverdiyevanı özündən çıxarıb.

AzNews.az