"Çəkişməli bir boşanma prosesi olacaq". "Çəkişməli bir boşanma prosesi olacaq".

Necati Şaşmaz boşanır

"Çəkişməli bir boşanma prosesi olacaq".

“Kurtlar Vadisi” serialı ilə ulduzu parlayan Necati Şaşmaz xanımı Nagehan Şaşmazla boşanır.

Bu barədə Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramında məlumat verilib.

N. Şaşmazın vəkili verilişdə geniş bir açıqlama yayaraq 7 illik ailə həyatının sona çatdığını bildirib: “Cütlük dəfələrlə ayrılıb, daha sonra barışıb. Onlar bir-birilərinə şans versələr də, bu dəfə alınmayıb. Necati bəy məhkəməyə müraciət edib. Çəkişməli bir boşanma prosesi olacaq”.

Qeyd edək ki, cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib.(qafqazinfo.az)

© AzNews.az