"İntim video"su yayılan Damlaya daha bir zərbə - FOTO

"Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək".

Məşhur müğənni Damlanın rəsmi Youtube kanalı xakerlər tərəfindən sındırılıb.

AzNews.az xəbər verir ki, bu barədə müğənni rəsmi İnstagram hesabında məlumat verib. Damla son günlər başına gələnlərdən dolayı sözün əsl mənasında üsyan edib:

"Mən kənardan bu qədərmi təhlükəli görsənirəm? İndi də youtube kanalımı sındırdınız.Nəyin savaşına çıxmısınız? Allahın yazdığı qisməti, uğuru, silməyəmi cəhd edirsiniz? Allahla Allahlıqmı etmək istəyirsiniz? "Çamadan" mahnımız 1 günə trenddə 1-ci oldu.Həmim an kanalı sındırdınız. Bu qədər nifrəti, içinizdə necə daşıya bilirsiniz? Mahnını silin, klipi silin, kanali silin, bəs sonra? Allah ucaltdığını Allah yıxar‼️ Bilirəm, mənim səssizliyimə dözmək çox çətindir. Xakerlərə tökdüyünüz pulları bir kasıbın qarnını doyurmağa ayırsanız Allah da sizi ucaldar. O səhifəni onsuz da bərpa edəcəyik. Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək".

Qeyd edək kir bir müddət əvvəl sosial mediada Damlaya aid olduğu deyilən intim video yayımlanmışdı.

Aynur

AzNews.az

image description