Verilişdə aparıcı ilə müğənni arasında qalmaqal - VİDEO

Aparıcı Pərvanə Elnarı şou yaratmaqda ittiham edib.

Bu gün ARB telekanalında yayımlanan "Səhər-səhər" verilişində müğənni Elnar Xəlilov və aparıcı Pərvanə Tahirqızı arasında qalmaqal yaşanıb.

AzNews.az xəbər verir ki, aparıcının Elnarın insanları aldadaraq nişan qaytarması ilə bağlı yalan xəbər yaydığını söyləməsi müğənninin xoşuna gəlməyib. Aparıcı Pərvanə Elnarı şou yaratmaqda ittiham edib:

"Mən sizin ayrılıq xəbərinizi eşidib ağlamışdım. Sonradan başa düşdüm ki, siz şou yaradırsız".

Elnar Xəlilov isə heç vaxt şou yaratmaq niyyətinin olmadığını? sadəcə barışıb toy etdiyini söyləyib.

Qeyd edək ki, Elnar Xəlilov ötən ay ailə həyatı qurub.

Aynur

AzNews.az