"Üzümdə estetik yoxdur, ərgənlik şişkinliyi var" "Üzümdə estetik yoxdur, ərgənlik şişkinliyi var"

Aleyna Tilki bu sualı eşidəndə pəncərəni bağladı

"Üzümdə estetik yoxdur, ərgənlik şişkinliyi var"

Dodaq və yanaqlarına dolğu etdirdiyi deyilən gənc türk müğənnisi Aleyna dünən İstanbulun Nişantaşı səmtində, maşının içində kameralara görüntülənib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalistlərin musiqi ilə bağlı suallarını cavablayan Aleynaya “Dodaqlarınıza estetik əməliyyat etdiyiniz deyilir” şəklindəki bir sualdan sonra belə bir sual da verilib:

“Dondurma reklamından 1 milyon lirə aldığınız doğrudurmu?”. Bu sualdan sonra o, maşının şüşəsini qaldırıb.

Digər tərəfdən gənc müğənninin diqqətli fanatları ona "Bu gənc yaşda üzünü necə bu hala gətirmisən? Təbiiliyini pozmusan" kimi suallar verib.

Bu suallara Aleyna sərt münasibət bildirib:

"Üzümdə estetik yoxdur, ərgənlik şişkinliyi var".

Səidə Vahid

AzNews.az

image description