Aparıcılar Erez Tal, Bar Rafaelle, Assi Araz, Lüsi Əyyubdur. Aparıcılar Erez Tal, Bar Rafaelle, Assi Araz, Lüsi Əyyubdur.

“Eurovision 2019”un ilk yarımfinalı başladı - YENİLƏNİB

Aparıcılar Erez Tal, Bar Rafaelle, Assi Araz, Lüsi Əyyubdur.

Müsabiqənin birinci yarımfinalını İsrailə qalibiyyət gətirən Netta Barzilay "Toy" mahnısı ilə açıq elan edib.

*** 23:07

Təl-Əvivdə baş tutan sayca 64-cü “Eurovision 2019” mahnı müsabiqəsnin ilk yarımfinalı start götürüb.

AzNews.az xəbər verir ki, müsabiqənin ilk yarımfinalında 17 ölkə iştirak edir.

Yarımfinala Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marinonun təmsilçisi çıxacaq.
Expo Tel-Əviv arenasında baş tutan yarışma "Dare to Dream" şüarı altında keçirilir. İsrail 20 il fasilədən sonra müsabiqəyə ev sahibliyi edir.

"Eurovision" müsabiqəsinin aparıcısı Erez Tal, Bar Rafaelle, Assi Araz, Lüsi Əyyubdur.

Qeyd edək ki, Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.

Rəqsanə

AzNews.az