Həyat yoldaşım televiziyada Xatirə xanımı izləyən zaman televizoru söndürmüşdüm Həyat yoldaşım televiziyada Xatirə xanımı izləyən zaman televizoru söndürmüşdüm

Xatirə İslama görə dietoloqun evində dava düşdü

Həyat yoldaşım televiziyada Xatirə xanımı izləyən zaman televizoru söndürmüşdüm

Müğənni Xatirə İslamın dietoloqu Rəna Həsənova “Ay Zaur” verilişində müğənni ilə bağlı maraqlı açıqlaması ilə gündəmə gəlib.

AzNews.az xəbər verir ki, Rəna Həsənova ifaçını həyat yoldaşına qısqandığını etiraf edib: “Ailə qurmuşdum. Xatirə xanım isə səhnəyə yenicə çıxmağa başlamışdı. Həyat yoldaşım televiziyada Xatirə xanımı izləyən zaman televizoru söndürmüşdüm. Onun sarışın uzun saçları var idi. Səsindən başqa görünüşü də çox gözəl idi. Həyat yoldaşım gözəl xanımlarda uzun saç vurğunu idi. Mən də qısqanclıq etmişdim ki, niyə ona baxırsan? Televizoru söndürmüşdüm və buna görə cəzalanmışdım. Dedi ki, ona baxdığıma görə, sənin nə haqqın var ki, televizoru söndürürsən? Bir həftə küsülü olduq və əziyyət çəkdim. Çox ağlamışdım. Hətta saçlarımı belə Xatirə xanımın saçlarına bənzətmək istəyirdim. Hazırda Xatirə xanımın mənim yanıma gəldiyini bilmir”.

Xatirə İslam isə cavabında “Bu gündən saçlarımı kəsmək qərarına gəldim” deyib.

Qeyd edək ki, Xatirə İslam Fəxrəddin adlı şəxslə evlidir və cütlüyün bir övladı var.

Rəqsanə

AzNews.az

image description image description image description