Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün ad gününü qeyd edir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün ad gününü qeyd edir

Zülfiyyə Xanbabayeva Leyla Əliyevanı belə təbrik etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün ad gününü qeyd edir

Xalq artisti Zülfiyyə Xanbabayeva Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanı ad günü münasibətilə təbrik edib.

AzNews.az xəbər verir ki, Zülfiyyə Xanbabayeva Facebookda bu sözləri yazıb: “Əzizimiz, Leyla xanım!
İnsanlara və bütün həyata nə qədər gözəl gözlərlə baxdığınız və geniş ürəklə yanaşdığınızın hər zaman şahidi oluruq!
Allah ürəyinizcə versin!
Ad gününüz mübarək!”.

Qeyd edək ki, Leyla Əliyeva iyulun 3-də 1984-cü ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra İsveçrə və Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistratura pilləsini bitirib.

Rəqsanə

AzNews.az

image description image description